Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
1business.media xəbər verir ki, 2026-cı ilin avqust ayında Azərbaycanda bank müştərilərinin sayı 16 milyon 896 min nəfərə çatıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, müştərilərin sayı iyul ayı ilə müqayisədə 128 min 448 nəfər və ya 0,8 faiz artıb.
Avqust ayında fiziki şəxs olan bank müştərilərinin sayı 126 min 724 nəfər artaraq 16 milyon 720 minə yüksəlib. Onların tərkibində fərdi sahibkarların sayı 17 min 816 nəfər artımla 1 milyon 147 minə çatıb.
Hüquqi şəxs olan bank müştərilərinin sayı isə ay ərzində 1 724 vahid artaraq 176 min 713 olub.
Beləliklə, ölkədə bank xidmətlərindən istifadə edən müştərilərin ümumi sayı 17 milyon həddinə yaxınlaşıb.
