Azərbaycanda mikro, kiçik və orta biznesin kredit portfeli 8,3 milyard manata çatıb
1business.media xəbər verir ki, 2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi portfeli 8 milyard 280,8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 992,6 milyon manat və ya 13,6 faiz artıb. 2025-ci ilin sentyabrında MKOS subyektlərinə verilən kreditlərin həcmi 7 milyard 288,2 milyon manat olub.
Ən yüksək artım mikro sahibkarlıq üzrə qeydə alınıb. Bu kateqoriyaya verilən kreditlər bir il ərzində 672,6 milyon manat və ya 19,7 faiz artaraq 4 milyard 90,7 milyon manata yüksəlib.
Kiçik sahibkarlığa ayrılan kreditlər 215,4 milyon manat və ya 13,3 faiz artaraq 1 milyard 835,3 milyon manat olub. Orta sahibkarlıq üzrə kredit portfeli isə 104,6 milyon manat və ya 4,6 faiz artımla 2 milyard 354,8 milyon manata çatıb.
Sentyabrın sonunda bankların ümumi biznes kredit portfeli 18 milyard 440 milyon manat təşkil edib. Bu, bir il ərzində 2 milyard 895,4 milyon manat və ya 18,6 faiz artım deməkdir.
