1business.media xəbər verir ki, 2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi 8 milyard 280,8 milyon manata çatıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 992,6 milyon manat və ya 13,6% artıb.
Ən yüksək artım mikro sahibkarlıq üzrə qeydə alınıb. Mikro biznesə verilən kreditlərin həcmi bir il ərzində 672,6 milyon manat və ya 19,7% artaraq 4 milyard 90,7 milyon manata yüksəlib.
Kiçik sahibkarlığa ayrılan kreditlər 13,3% artaraq 1 milyard 835,3 milyon manata, orta sahibkarlığa verilən kreditlər isə 4,6% artaraq 2 milyard 354,8 milyon manata çatıb.
Sentyabrın sonunda bankların ümumi biznes kreditləri portfeli 18 milyard 440 milyon manat olub. Bu, illik müqayisədə 18,6% artım deməkdir.
