BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

Azərbaycanda işçilər ayda daha çox işləyir: ən böyük artım bu sahədədir

 Azərbaycanda işçilər ayda daha çox işləyir: ən böyük artım bu sahədədir

1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatı 144 saat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 saat və ya 2,2 faiz artıb.

Ən çox iş saatı ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində qeydə alınıb. Bu sektorda bir işçi ay ərzində orta hesabla 153,1 saat çalışıb.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində orta aylıq iş saatı 152,8 saat olub. Bu sahə ötən ilin eyni dövrü ilə müqayisədə 6 saatlıq artımla ən böyük yüksəlişi göstərib.

Tikinti sektorunda isə orta aylıq iş saatı 151,8 saat təşkil edib. Göstərici bir il ərzində 4,7 saat artıb.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 148,6 saat, elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatında 147,5 saat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 147,4 saat qeydə alınıb.

Ən az iş saatı digər xidmətlərin göstərilməsi sahəsində olub – 132,3 saat. Təhsildə bu göstərici 134,2 saat, səhiyyə və sosial xidmətlərdə 136,8 saat, informasiya və rabitə sahəsində isə 141,1 saat təşkil edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05