Azərbaycanda şirkət iki yeni şirkət yaradaraq yenidən təşkil olunur
1business.media xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən “QZF GROUP” MMC yenidən təşkil olunur.
Şirkətin tərkibindən ayrılma yolu ilə iki yeni məhdud məsuliyyətli cəmiyyət – “Mirvood 2026” MMC və “ALTAY 2026” MMC yaradılır.
Beləliklə, “QZF GROUP” MMC ayrılma formasında yenidən təşkil ediləcək. Şirkət 2016-cı ildən Azərbaycanda anbar icarəsi fəaliyyəti göstərir.
Qanunvericiliyə əsasən, ayrılma formasında yenidən təşkil zamanı mövcud hüquqi şəxs fəaliyyətini davam etdirir. Onun hüquq və öhdəliklərinin bir hissəsi isə bölünmə balansına uyğun olaraq yeni yaradılan hüquqi şəxslərə keçir.
