BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

Azərbaycanda reklam və yaradıcı sənaye iqtisadiyyatı 1,3 milyard manata yaxınlaşıb

 Azərbaycanda reklam və yaradıcı sənaye iqtisadiyyatı 1,3 milyard manata yaxınlaşıb

Azərbaycanda mədəni və yaradıcı sənaye sahələrində yaradılan əlavə dəyər 2025-ci ildə əhəmiyyətli dərəcədə artıb. Memarlıq və ifa sənətləri sahələrində yüksək artım qeydə alınıb.

1business.media xəbər verir ki, 2025-ci ildə ölkənin mədəni və yaradıcı sənaye sahələrində ümumilikdə 1 milyard 271,2 milyon manat əlavə dəyər yaradılıb. Bu göstərici 2024-cü ildəki 1 milyard 116,1 milyon manatla müqayisədə 155,1 milyon manat və ya 13,9 faiz çoxdur.

Sahələr üzrə ən böyük əlavə dəyər təsviri sənətlərdə yaradılıb. Bu istiqamətdə göstərici 342,5 milyon manat təşkil edib. Reklam fəaliyyəti üzrə 268,5 milyon manat, audiovizual fəaliyyət və multimedia sahəsində isə 181,7 milyon manat əlavə dəyər formalaşıb.

Memarlıq sahəsində də ciddi artım qeydə alınıb. Bu sahədə əlavə dəyər 2024-cü ildəki 92,7 milyon manatdan 2025-ci ildə 166 milyon manata yüksəlib. Artım 79,1 faiz təşkil edib.

İfa sənətləri üzrə əlavə dəyər 88,3 milyon manatdan 144,3 milyon manata çatıb. Bu, 63,4 faizlik artım deməkdir. Reklam sahəsində isə əlavə dəyər 10,5 faiz artıb.

Kitab, nəşriyyat və mətbuat sahəsində yaradılan əlavə dəyər 103,5 milyon manatdan 110,6 milyon manata yüksəlib. Təsviri sənətlərdə isə göstərici 359,9 milyon manatdan 342,5 milyon manata enib.

Beləliklə, yaradıcı sənayenin ümumi iqtisadi həcmi artıb, ayrı-ayrı fəaliyyət sahələrində isə fərqli nəticələr qeydə alınıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05