BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Bakıda dəmir yolu xətti üzrə evlər sökülür – Kompensasiya məbləği açıqlanıb

 Bakıda dəmir yolu xətti üzrə evlər sökülür – Kompensasiya məbləği açıqlanıb

1business.media xəbər verir ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xətti üzrə layihə ilə əlaqədar bəzi evlərin söküntüsünə başlanılıb.

Sakinlərin sözlərinə görə, plana düşən evlərin hər kvadratmetrinə görə 1200 manat kompensasiya ödənilir. Bəzi sakinlər verilən vəsait hesabına başqa ev aldıqlarını bildiriblər.

Məlumata görə, layihənin təsir dairəsində ümumilikdə 300 mülkiyyətçi qeydiyyata alınıb. Onlardan 250-dən çoxu ilə protokol imzalanıb, 200-dən çox mülkiyyətçiyə isə kompensasiya ödənilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin layihələndirmə işlərinin 30 faizi artıq tamamlanıb. İşlər davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05