BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Gilan Holdinqin sonrakı taleyi: 763 milyon manatdan 100 manata

 Gilan Holdinqin sonrakı taleyi: 763 milyon manatdan 100 manata

1business.media xəbər verir ki, vaxtilə Azərbaycanın iri biznes qruplarından biri olan “Gilan Holdinq” tikinti, kənd təsərrüfatı, qida, turizm və logistika sahələrində fəaliyyət göstərib. Holdinq “Jalə”, “Bağdan”, “Milla”, “Natura” və “Zolotoy Sad” kimi brendlərlə tanınıb.

2019-cu ildə şirkətin nizamnamə kapitalı 763 milyon 66 min manata çatıb. 2022-ci ildə isə kapital 100 manata qədər azaldılıb.

2023-cü ildə “Gilan Holding” MMC-nin adı “Xəzri Solutions” MMC olaraq dəyişdirilib. Şirkətin ləğvi ilə bağlı elanlar verilib. 2026-cı ildə isə “Xəzri Solutions”in müflis elan olunması ilə bağlı məhkəmə işi gündəmə gəlib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05