BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Dövlət büdcəsindən 297 milyon manata yaxın vəsait geri qaytarılıb

 Dövlət büdcəsindən 297 milyon manata yaxın vəsait geri qaytarılıb
Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 296,7 milyon manat vəsait geri ödənilib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.
 
1business.media xəbər verir ki, geri qaytarılan vəsaitlər müxtəlif sahələr üzrə ödənilmiş əlavə dəyər vergisini (ƏDV), eləcə də artıq ödənilmiş vergi və digər dövlət ödənişlərini əhatə edir. 
 
 
Geri ödənişlər əsasən aşağıdakı istiqamətləri əhatə edib:
- Pərakəndə ticarət və ictimai iaşə obyektlərində alınan mallara görə ƏDV;
- Teatr, kino, muzey və konsert xidmətlərinə görə ödənilmiş ƏDV;
- Tibbi xidmətlərə görə ƏDV;
- İşğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətlərinə görə ƏDV;
- Əcnəbilərin Azərbaycanda aldıqları mallara görə ƏDV;
- Mənzil və qeyri-yaşayış sahələrinin nağdsız alışı zamanı ödənilmiş ƏDV-nin bir hissəsi.
Artıq ödənilmiş vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da geri qaytarılan vəsaitlərə daxildir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05