BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İstehsal ixracat

Azərbaycanda ixrac gəlirlərinə 5 illik mənfəət vergisi güzəşti təklif edilir

 Azərbaycanda ixrac gəlirlərinə 5 illik mənfəət vergisi güzəşti təklif edilir
1business.media xəbər verir ki, Azərbaycanda ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 5 il müddətinə mənfəət vergisi güzəştinin tətbiqi təklif olunur.
 
Yeni vergi təşviqləri ölkədə istehsal olunan məhsulların xarici bazarlara satışını və yerli şirkətlərin ixrac imkanlarının genişləndirilməsini hədəfləyir.
 
Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanovun sözlərinə görə, təklif olunan güzəştlər yalnız malların ixracını deyil, xidmətlərin xaricə satışını da əhatə edəcək.
 
Layihəyə əsasən, ixracdan əldə edilən gəlirlər üzrə mənfəət vergisinə 25 faizlik güzəşt tətbiqi nəzərdə tutulur. Bu təşviq ölkə daxilində istehsal olunan məhsulların xarici bazarlara satışına şamil ediləcək.
 
Xidmətlərin ixracı ilə məşğul olan vergi ödəyiciləri də güzəştdən yararlana biləcəklər. Təkrarsığorta xidmətlərinin xaricə satışından əldə olunan gəlirlər də bu mexanizmə daxil ediləcək.
 
Təklifin əsas məqsədi yerli sahibkarların beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq, ixrac potensialını artırmaq və qeyri-neft sektorunun inkişafını dəstəkləməkdir.
 
Dəyişikliklərin Vergi Məcəlləsinə daxil edilməsi təklif olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05