ƏDV depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək1business.media xəbər verir ki, Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) üzrə depozit hesablarına müvəqqəti məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov bildirib ki, yeni mexanizm çərçivəsində ƏDV depozit hesabları üzrə monitorinq aparılacaq.
Onun sözlərinə görə, əsas məqsəd vergi ödəyicilərinin riskli vergi ödəyicilərinə və saxta müəssisələrə bilmədən pul köçürməsinin qarşısını almaqdır.
Hazırda vergi ödəyiciləri qarşı tərəfin riskli olub-olmadığını yoxlamaq üçün “Müştərini tanı” xidmətindən istifadə edə bilirlər. Lakin bəzi sahibkarlar bu xidmətdən yararlanmadan əməliyyatlar aparırlar.
Nəticədə köçürülən vəsaitləri ƏDV üzrə əvəzləşdirə bilmir və əlavə vergi öhdəlikləri ilə üzləşirlər.
Yeni mexanizmlə riskli əməliyyatların qarşısının əvvəlcədən alınması və sahibkarların maliyyə itkilərindən qorunması hədəflənir.
