BANM-in dosenti Hyustonda: karbonun saxlanması və əməkdaşlıq gündəmdə
1business.media xəbər verir ki, Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının dosenti Qəşəm Zeynalov ABŞ-nin Hyuston şəhərində keçirilən Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin İllik Texniki Konfrans və Sərgisində iştirak edib.
BANM-in məlumatına görə, o, tədbirdə “Sağlamlıq, təhlükəsizlik, ekologiya və dayanıqlıq” alt komitəsinin sədri kimi təmsil olunub. Həmçinin “Karbon qazının utilizasiyası və geoloji saxlanmasında yeni yanaşmalar” texniki sessiyasına sədrlik və moderatorluq edib.
Tədbir çərçivəsində BANM ilə ABŞ və Səudiyyə Ərəbistanının universitetləri, eləcə də TGT və PetroSkills şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
