Azərbaycanda ən böyük aktivlərə sahib sığorta şirkətləri açıqlanıb
1business.media xəbər verir ki, 2026-cı ilin III rübünün sonunda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında ən böyük aktiv həcmi “PAŞA Həyat Sığorta”da qeydə alınıb.
Şirkətin aktivləri 769,5 milyon manat təşkil edib.
İkinci sırada 539,9 milyon manat aktivlə “PAŞA Sığorta”, üçüncü yerdə isə 238,8 milyon manatla “AzRe Təkrarsığorta” qərarlaşıb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə “PAŞA Həyat Sığorta”nın aktivləri 825,7 milyon manatdan 769,5 milyon manata, “Atəşgah Həyat”ın aktivləri isə 144,3 milyon manatdan 128,7 milyon manata düşüb.
Eyni dövrdə “PAŞA Sığorta”nın aktivləri 396,6 milyon manatdan 539,9 milyon manata, “AzRe Təkrarsığorta”nın aktivləri isə 196,6 milyon manatdan 238,8 milyon manata yüksəlib.
