BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

BOKT-lərin qeyri-faiz gəlirləri 303 milyon manatı keçdi

 BOKT-lərin qeyri-faiz gəlirləri 303 milyon manatı keçdi

1business.media xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar-sentyabr aylarında qeyri-faiz gəlirləri 303,5 milyon manat təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 135,8 milyon manat və ya 81 faiz çoxdur. 2025-ci ilin ilk doqquz ayında BOKT-lərin qeyri-faiz gəlirləri 167,7 milyon manat olub.

Hesabat dövründə BOKT-lərin faiz gəlirləri də artıb. Kreditlər üzrə faiz gəlirləri 42,9 faiz yüksələrək 231,9 milyon manata çatıb. Faiz xərcləri isə 44,2 milyon manat olub.

Nəticədə sektorun xalis faiz gəliri 190,5 milyon manata yüksəlib. BOKT-lərin əməliyyat mənfəəti 307,9 milyon manat, xalis mənfəəti isə 153,4 milyon manat təşkil edib.

Sentyabrın sonunda BOKT-lərin kredit portfelinin həcmi 1 milyard 376,2 milyon manat olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05