Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Britaniya və Kanadanı geridə qoyduAzərbaycan elektron dövlət xidmətlərinin inkişafı üzrə beynəlxalq reytinqdə ciddi irəliləyiş əldə edib. Ölkəmiz onlayn xidmətlərin keyfiyyətinə görə ABŞ, Böyük Britaniya və Kanada kimi dövlətləri qabaqlayıb.
1business.media xəbər verir ki, BMT-nin 2026-cı il Elektron Hökumətin İnkişafı İndeksinə əsasən, Azərbaycan 194 ölkə arasında 36 pillə irəliləyərək 38-ci yerə yüksəlib.
Hesabatda Azərbaycanın ən böyük uğuru onlayn dövlət xidmətləri üzrə qeydə alınıb. Ölkəmiz bu göstərici üzrə 56 pillə irəliləyərək dünyada 11-ci yeri tutub.
Müqayisə üçün Böyük Britaniya 12-ci, İslandiya 16-cı, ABŞ 18-ci, Kanada isə 20-ci yerdə qərarlaşıb.
Azərbaycan xidmətlərin təqdim edilməsi altindeksi üzrə dünyada 10-cu, institusional çərçivə göstəricisinə görə isə birinci olub.
Ölkənin ümumi Elektron Hökumətin İnkişafı İndeksi 0,8847 bal təşkil edib. Bu, 2024-cü ildəki 0,7607 balla müqayisədə 16,3 faiz artım deməkdir.
İrəliləyiş dövlət xidmətlərinin rəqəmsallaşdırılması, myGov platformasının inkişafı, rəqəmsal identifikasiya imkanlarının genişləndirilməsi və dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi ilə əlaqələndirilir.
BMT-nin hesabatında 194 ölkənin rəqəmsal hökumət sahəsində inkişafı üç əsas istiqamət – onlayn xidmətlər, telekommunikasiya infrastrukturu və insan kapitalı üzrə qiymətləndirilib
