BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

“Bakı Ayaqqabı Fabriki”nin əmlakı satıla bilər

 “Bakı Ayaqqabı Fabriki”nin əmlakı satıla bilər
“Bakı Ayaqqabı Fabriki” ASC-yə məxsus əmlak kompleksinin satılması məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq.
 
1business.media xəbər verir ki, məsələ dekabrın 21-də saat 11:00-da keçiriləcək növbədənkənar ümumi yığıncağın gündəliyinə daxil edilib.
 
Satışı müzakirə olunacaq əmlak kompleksi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, giriş 471 ünvanında yerləşir.
 
Səhmdarların yığıncağı da həmin ünvanda keçiriləcək.
 
Müəssisənin əmlak kompleksinin satış qiyməti hələ açıqlanmayıb. Cəmiyyətin direktor vəzifəsini müvəqqəti icra edən şəxs Əlimədət İsgəndərov Məhəmməd oğludur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05