BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Bakıda iki müsadirə edilmiş mənzil satışa çıxarılır – Qiymətləri 110 və 175 min manatdır

 Bakıda iki müsadirə edilmiş mənzil satışa çıxarılır – Qiymətləri 110 və 175 min manatdır
Bakıda müsadirə olunmuş iki mənzil dekabrın 3-də keçiriləcək hərracda satışa çıxarılacaq. Mənzillərdən biri Binəqədi, digəri isə Yasamal rayonunda yerləşir.
 
1business.media xəbər verir ki, hərrac dekabrın 3-də saat 11:00-da keçiriləcək. Ümumilikdə altı xüsusi müsadirə edilmiş əmlak satışa təqdim olunacaq.
 
Hərraca çıxarılan mənzillərin göstəriciləri belədir:
- Binəqədi rayonu: Akademik Ziya Bünyadov prospekti, 7A ünvanında yerləşən 61,11 kvadratmetrlik mənzilin ilkin satış qiyməti 175 min manatdır. Mənzil 50 faiz endirimlə təkrar hərraca çıxarılır.
- Yasamal rayonu: Mətbuat prospekti, 6 ünvanında yerləşən 40 kvadratmetrlik mənzilin ilkin qiyməti 110 min manat müəyyən edilib. Bu mənzil ilk dəfə hərraca təqdim olunur.
Hərracda mənzillərlə yanaşı, digər əmlaklar da satışa çıxarılacaq:
- Pirallahıda 0,12 hektar torpaq sahəsi – 96 min manat;
- Goranboyda 264,2 kvadratmetrlik qeyri-yaşayış binası – 330 395 manat;
- “Yamaha-25” mühərrikli taxta qayıq – 4 min manat;
- Yevlaxda “Hope V8” mobil telefonu – 7 manat.
Hərracda iştirak etmək istəyən şəxslər əmlakın ilkin qiymətinin 10 faizi həcmində beh ödəməlidirlər. Sifarişlər hərraca ən geci üç bank günü qalanadək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında qəbul edilir.
 
Hərrac zamanı qiymət artımı ilkin satış qiymətinin ən azı 1 faizi qədər olmalıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05