Binance kriptovalyuta çıxarışlarına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracaqDünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance istifadəçilərin vəsaitlərini çıxarması ilə bağlı məhdudiyyətləri tam aradan qaldırmağa hazırlaşır.
1business.media xəbər verir ki, platforma təhlükəsizlik insidentindən sonra dayandırılan çıxarış xidmətlərini mərhələli şəkildə bərpa edir.
Binance-in açıqlamasına görə, oktyabrın 29-da baş vermiş kiberhücum nəticəsində təxminən 6,3 milyard dollar dəyərində kriptovalyuta aktivləri zərər görüb. Şirkət itirilmiş aktivlərin təxminən 95 faizini bərpa etdiyini bildirib.
Məlumata əsasən, noyabrın 14-dək 87 şəbəkə üzrə vəsait çıxarılması yenidən aktivləşdirilib. Birja qalan şəbəkə və aktivlər üzrə çıxarışların da gələn həftənin sonunadək bərpa olunmasını hədəfləyir.
Binance oğurlanmış vəsaitlərin maliyyə yükünü istifadəçilərin üzərinə qoymayacağını, itkiləri öz vəsaitləri hesabına qarşılamağı öhdəsinə götürdüyünü açıqlayıb.
Qeyd edək ki, çıxarışların bərpası mərhələli aparılır. İstifadəçilərə konkret kriptovalyuta və şəbəkə üzrə əməliyyatın aktiv olub-olmadığını platformada yoxlamaq tövsiyə edilir.
