BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Meta” şirkətinə 805 milyon avro cərimə kəsildi – 20 milyon istifadəçi risk altında olub

 Meta” şirkətinə 805 milyon avro cərimə kəsildi – 20 milyon istifadəçi risk altında olub
“Facebook”un sahibi “Meta” şirkəti istifadəçilərin şəxsi foto və videolarına lazımi razılıq olmadan daxil olması səbəbindən 805 milyon avro cərimələnib.
 
1business.media xəbər verir ki, cərimə İtaliyanın Fərdi Məlumatların Qorunması üzrə Tənzimləyici Qurumunun qərarı ilə tətbiq edilib.
 
Araşdırmaya əsasən, “Facebook”un Android tətbiqindəki “Gözdən keçirərkən qalereyadan təkliflər al” funksiyası istifadəçilərin telefonlarında saxlanılan foto, video və onlarla bağlı məlumatlara giriş imkanı yaradıb.
 
Qurum müəyyən edib ki, bu funksiya əvvəlcədən aktiv vəziyyətdə olub və istifadəçilərdən alınan ümumi icazə qalereyaya girişin məqsədini aydın şəkildə izah etməyib.
 
Məlumata görə, İtaliyada təxminən 20 milyon Android istifadəçisi bu vəziyyətdən təsirlənə bilər.
 
Qərara əsasən, “Meta” 60 gün ərzində sözügedən funksiyanı standart olaraq deaktiv etməli və onun istifadəsi üçün ayrıca, aydın razılıq almalıdır.
 
Şirkət isə qərarla razılaşmadığını və cərimədən şikayət verəcəyini açıqlayıb.
 
Qeyd edək ki, araşdırma istifadəçilərin foto və videolarından süni intellektin öyrədilməsi üçün istifadə olunması məsələsini əhatə etməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05