BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İstehsal ixracat

Azərbaycanda külək və günəş enerjisi istehsalı 46,5% artacaq

 Azərbaycanda külək və günəş enerjisi istehsalı 46,5% artacaq
Azərbaycanda külək və günəş elektrik stansiyalarında enerji istehsalının 2030-cu ilədək əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.
 
1business.media xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsi layihəsinə daxil edilmiş ortamüddətli proqnozlara əsasən, 2030-cu ildə bu stansiyalarda 4,4 milyard kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir.
 
2027-ci ildə isə istehsalın 3 milyard kilovat-saat səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, 2030-cu ildə göstəricinin 46,5 faiz artacağı nəzərdə tutulur.
 
Proqnozlara görə, külək və günəş enerjisi istehsalı:
- 2027-ci ildə 3,009 milyard kilovat-saat;
- 2028-ci ildə 4,384 milyard kilovat-saat;
- 2029-cu ildə 4,414 milyard kilovat-saat;
- 2030-cu ildə 4,408 milyard kilovat-saat təşkil edəcək.
Energetika sektorunda yaşıl keçidin sürətləndirilməsi, yeni elektrik stansiyalarının yaradılması və enerji şəbəkəsinin müasirləşdirilməsi əsas hədəflər sırasındadır.
 
Proqnozlara əsasən, 2030-cu ilədək istilik elektrik stansiyalarında qaz istehlakının da 34,8 faiz azalması gözlənilir.
 
Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etməklə yaşıl enerji ixracının genişləndirilməsi də planlaşdırılır
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05