BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

ABŞ də dizel yanacağı ucuzlaşdı

 ABŞ-də dizel yanacağının qiyməti son iki ayda ilk dəfə bir qallon üçün 6 dollardan aşağı enib.
 
1business.media xəbər verir ki, noyabrın 14-də ölkə üzrə dizel yanacağının orta qiyməti bir qallon üçün 5,99 dollar təşkil edib.
 
Məlumata görə, bu göstərici “GasBuddy” xidmətinin neft bazarı təhlili şöbəsinin rəhbəri Patrik De Haan tərəfindən açıqlanıb.
 
Amerika Avtomobil Assosiasiyasının (AAA) hesablamasına əsasən isə dizelin orta qiyməti bir qallon üçün 6,04 dollar olub.
 
Qeyd edək ki, bir ABŞ qallonu 3,785 litr yanacağa bərabərdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05