Vaxtı keçmiş məhsul satan mağazalar 6 min manatadək cərimələnə bilərAzərbaycanda istifadə müddəti bitmiş məhsulların satışına görə mağazaları 6 min manatadək cərimə gözləyir.
1business.media xəbər verir ki, qüvvədə olan qanunvericiliyə əsasən, saxlama müddəti ötmüş məhsulların satışına görə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər barəsində müxtəlif məbləğlərdə cərimələr tətbiq olunur.
Cərimələrin məbləği belə müəyyən edilib:
- Fiziki şəxslər: 350–500 manat;
- Vəzifəli şəxslər: 1 500–2 000 manat;
- Hüquqi şəxslər: 4 000–6 000 manat.
Qanunvericilik istehlakçıların malın çəkisi, ölçüsü, qiyməti, keyfiyyəti və digər xüsusiyyətləri ilə bağlı aldadılmasına görə də məsuliyyət nəzərdə tutur.
Qeyd edək ki, istehlakçının aldadılması ilə bağlı göstərilən cərimələr ziyanın 5 000 manatdan çox olmadığı hallara aiddir.
