BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Heyvandarlıqda yeni subsidiya qaydaları: Fermerlərə nə qədər pul veriləcək?

 Heyvandarlıqda yeni subsidiya qaydaları: Fermerlərə nə qədər pul veriləcək?
Azərbaycanda heyvandarlıq təsərrüfatlarına dövlət dəstəyinin yeni şərtləri müəyyənləşdirilib. Yeni qaydalara əsasən, fermerlər mal-qaranın diri çəkisinə, heyvan dərisinə və yunun təhvil verilməsinə görə subsidiya ala biləcəklər.
 
1business.media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) açıqlamasına əsasən, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram üçün 40 qəpik subsidiya ödəniləcək.
 
Məsələn, 600 kiloqram diri çəkisi olan bir heyvana görə fermer 240 manat dövlət dəstəyi ala bilər.
 
Dəri və yun üçün subsidiyalar
 
Yeni mexanizmə əsasən, yerli emal müəssisələrinə təhvil verilən heyvandarlıq məhsullarına görə ödənişlər belə müəyyən edilib:
- İribuynuzlu heyvanın bir dərisinə görə – 3 manat;
- Xırdabuynuzlu heyvanın bir dərisinə görə – 30 qəpik;
- Yunun hər kiloqramına görə – 30 qəpik.
Subsidiya almaq üçün hansı şərtlər var?
 
Fermerlər dövlət dəstəyindən yararlanmaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidirlər.
 
600 kiloqram və daha çox diri çəkisi olan heyvan üzrə subsidiya almaq üçün heyvanın Azərbaycanda doğulması və ya ölkə ərazisində azı 6 ay kökəldilməsi tələb olunur. Heyvan identifikasiya edilməli, sığortalanmalı və qeydiyyatdan keçmiş kəsim məntəqəsində kəsilməlidir.
 
Dəri və yun üzrə subsidiya almaq istəyən fermerlər isə məhsulları lisenziyalı yerli emal müəssisələrinə və ya onların qəbul məntəqələrinə təhvil verməlidirlər.
 
Ödəniş üçün məhsulun təhvil verilməsini təsdiqləyən elektron qaimə-faktura və ya elektron alış aktı EKTİS-ə daxil edilməlidir.
 
Müraciətlər yoxlanıldıqdan sonra uyğun hesab edilən fermerlərə subsidiya ödənişləri AKİA tərəfindən həyata keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05