BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Sığortaçılar (ASA)

Azərbaycanda təyyarələrin sığortalanmasına görə yığımlar 32% artıb – RƏQƏMLƏR

 Azərbaycanda təyyarələrin sığortalanmasına görə yığımlar 32% artıb – RƏQƏMLƏR
Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə toplanan sığorta haqları 2026-cı ilin ilk doqquz ayında 32 faiz artıb.
 
1businss.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə 18 milyon 705 min manat vəsait toplanıb. 
 
 
Ötən ilin eyni dövründə isə sığorta haqlarının həcmi 14 milyon 175 min manat təşkil edib. Beləliklə, bir il ərzində yığımlar 4 milyon 530 min manat artıb.
 
Sığorta ödənişlərində də dəyişiklik qeydə alınıb. 2026-cı ilin ilk doqquz ayında hava nəqliyyatı vasitələrinin sığortası üzrə 587 min manat ödəniş həyata keçirilib.
 
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu sığorta növü üzrə heç bir ödəniş qeydə alınmayıb. 
 
 
Beləliklə, Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası bazarında həm yığımların, həm də ödənişlərin artdığı müşahidə olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05