BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İstehsal ixracat

Azərbaycanda gələn il 948 min ton kartof istehsalı proqnozlaşdırılır

 Azərbaycanda gələn il 948 min ton kartof istehsalı proqnozlaşdırılır
Azərbaycanda 2027-ci ildə kartof istehsalının 948 min ton olacağı gözlənilir. Bu göstərici 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozdan 17,8 faiz azdır.
 
1business.media xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində məlumat verilib. 
 
 
Proqnozlara əsasən, növbəti illərdə kartof istehsalının aşağıdakı səviyyədə olacağı gözlənilir:
- 2027-ci il: 948 min ton;
- 2028-ci il: 967 min ton;
- 2029-cu il: 996,8 min ton;
- 2030-cu il: 1 milyon 33,2 min ton.
2026-cı il üçün kartof istehsalının 1 milyon 153 min ton olacağı proqnozlaşdırılıb.
 
Beləliklə, 2027-ci ildə istehsalın azalacağı, sonrakı illərdə isə tədricən artacağı gözlənilir.
 
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05