Azərbaycanda kənd təsərrüfatı istehsalı 1,4 faiz artıb – 13,1 milyard manatlıq məhsul istehsal olunubAzərbaycanda kənd təsərrüfatı sektorunda istehsalın həcmi artıb. 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 13 milyard 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
1business.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehsalın fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz yüksəlib.
Bitkiçilik və heyvandarlıqda artım qeydə alınıb
Hesabat dövründə sahələr üzrə göstəricilər belə olub:
- Heyvandarlıq məhsullarının istehsalı 1,6 faiz artıb.
- Bitkiçilik məhsullarının istehsalı 1,2 faiz yüksəlib.
Ümumi kənd təsərrüfatı məhsulunun 50,2 faizi bitkiçiliyin, 49,8 faizi isə heyvandarlığın payına düşüb.
Ət, süd və yumurta istehsalı
Yanvar-oktyabr aylarında ölkədə:
- 504,5 min ton ət;
- 1 milyon 993,1 min ton süd;
- 1 milyard 883,9 milyon ədəd yumurta;
- 14,1 min ton yun;
- 155,8 ton barama istehsal olunub.
Ət istehsalı 2,5 faiz, yumurta istehsalı isə 0,9 faiz artıb. Süd istehsalı dəyişməz qalıb. Yun istehsalı 3,4 faiz, barama istehsalı isə 16,5 faiz azalıb.
