Azərbaycanda pambıq istehsalı 352 min tona çatacaq – Proqnoz açıqlandı2027-ci ildə Azərbaycanda pambıq istehsalının 351,9 min tona çatacağı gözlənilir. Bu, cari il üçün nəzərdə tutulan proqnozdan 11,1 faiz çoxdur.
1business.media xəbər verir ki, bu göstərici 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində əksini tapıb.
Proqnoza əsasən, pambıq istehsalının növbəti illərdə də artacağı gözlənilir:
- 2027-ci il: 351,9 min ton
- 2028-ci il: 373,8 min ton
- 2029-cu il: 394,1 min ton
- 2030-cu il: 425 min ton
2028-ci ildə istehsalın 2027-ci illə müqayisədə 6,2 faiz artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2026-cı ildə Azərbaycanda pambıq istehsalının 316,7 min ton olacağı gözlənilir.
2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
