BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İstehsal ixracat

Azərbaycanda gələn il 6 milyon tondan çox neft məhsulu istehsal olunacaq

 Azərbaycanda gələn il 6 milyon tondan çox neft məhsulu istehsal olunacaq
Azərbaycanda 2027-ci ildə neft məhsullarının ümumi istehsalının 6 milyon 92,9 min ton olacağı proqnozlaşdırılır.
 
1business.media xəbər verir ki, bu göstərici 2027-ci ilin dövlət büdcəsi zərfində əksini tapıb.
 
Proqnozlara əsasən, sonrakı illərdə neft məhsullarının istehsalı belə olacaq:
- 2027-ci il – 6 milyon 92,9 min ton;
- 2028-ci il – 5 milyon 610,3 min ton;
- 2029-cu il – 6 milyon 92,9 min ton;
- 2030-cu il – 5 milyon 610,3 min ton.
2027-ci ildə avtomobil benzininin istehsalının 1 milyon 556,3 min ton, dizel yanacağının istehsalının isə 2 milyon 576,2 min ton olacağı gözlənilir.
 
2028-ci ildə benzin istehsalının 1 milyon 442,2 min tona, dizel istehsalının isə 2 milyon 388,8 min tona enəcəyi proqnozlaşdırılır.
 
Qeyd edək ki, Azərbaycanda neft məhsulları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Hazırda müəssisədə yenidənqurma və modernləşdirmə işləri aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05