BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Adına evi olan şəxslər də ipoteka krediti ala bilər – Qanun nə deyir?

 Adına evi olan şəxslər də ipoteka krediti ala bilər – Qanun nə deyir?
1business.media xəbər verir ki, Azərbaycanda mülkiyyətində mənzil və ya fərdi yaşayış evi olan vətəndaşlar da ipoteka krediti əldə edə bilərlər. Mövcud qanunvericilikdə şəxsin adına yaşayış sahəsinin olması dövlət ipotekasından istifadə üçün maneə sayılmır.
 
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun rəsmi məlumatında da mülkiyyətində evi olan şəxsin ipoteka krediti ala biləcəyi təsdiqlənir.
 
Qaydalara əsasən, vətəndaşın adına başqa mənzilin və ya fərdi yaşayış evinin olması kredit almaq hüququnu məhdudlaşdırmır. Lakin müraciət edən şəxsin gəlirləri, ödəmə qabiliyyəti və mövcud kredit öhdəlikləri bank tərəfindən qiymətləndirilir.
 
İpoteka almaq üçün hansı şərtlər var?
- Aylıq kredit ödənişi, müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, ailənin ümumi aylıq gəlirinin 70 faizini keçməməlidir.
- Müraciət edən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır.
- Rəsmi gəlirlər və ödəmə qabiliyyəti təsdiqlənməlidir.
- Kredit yalnız qanunvericiliyin tələblərinə uyğun yaşayış sahəsinin alınmasına yönəldilməlidir.
Güzəştli ipoteka ilə bağlı isə ayrıca məhdudiyyət mövcuddur. Bu hüquqa malik şəxs və ya ailə güzəştli ipotekadan yalnız bir dəfə istifadə edə bilər.
 
Beləliklə, adına ev olan vətəndaşın yenidən ipoteka krediti almasına qanunla qadağa qoyulmayıb. Kreditin təsdiqlənməsi digər şərtlərin yerinə yetirilməsindən asılıdır
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05