“Kristal Bakı”ya mənzil alıcılarının 61 milyon manat borcu var
1business.media xəbər verir ki, “Kristal Bakı” ASC-nin mənzil satışları üzrə debitor borclarının həcmi 2025-ci ilin sonuna 61,29 milyon manata çatıb.
Şirkətin maliyyə hesabatına görə, bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 349,8 faiz artıb. Bir il ərzində mənzil satışları üzrə alacaqlar 47,67 milyon manat yüksəlib.
“Kristal Bakı”nın ümumi debitor borcu da 313,6 faiz artaraq 62,78 milyon manat olub. Bunun 1,22 milyon manatı material satışları, 267,3 min manatı isə icarə xidmətləri üzrə alacaqlardır.
2025-ci ildə şirkətin mənzil satışlarından əldə etdiyi gəlir 274,4 faiz artaraq 214,45 milyon manata yüksəlib. 2024-cü ildə bu rəqəm 57,28 milyon manat olub.
Şirkətin faiz gəlirləri də artıb. 2025-ci ildə faiz gəlirləri 20,59 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 134,9 faiz çoxdur.
