BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Köhnə sənədlə evi olanlara yeni rüsum tətbiq edilə bilər

 Köhnə sənədlə evi olanlara yeni rüsum tətbiq edilə bilər
Azərbaycanda köhnə sənədlər əsasında daşınmaz əmlakını dövlət qeydiyyatına aldırmaq istəyən vətəndaşlar üçün ödəniş qaydası dəyişə bilər.
 
1business.media xəbər verir ki “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
 
Qanun layihəsinə əsasən, 2006-cı il iyulun 6-dək verilmiş sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki sənədlərin verilməsi üçün dövlət rüsumunun tutulması nəzərdə tutulur.
 
Hazırda həmin əməliyyatlar dövlət rüsumundan azaddır. Təklif qəbul olunarsa, bu güzəşt aradan qaldırıla bilər.
 
Dəyişiklik yalnız köhnə sənədlərlə bağlı əməliyyatları əhatə etmir. Əmlak sahibinin iradəsindən asılı olmayan səbəblərdən ünvan dəyişdikdə və qeydiyyat orqanının texniki səhvləri düzəldildikdə də rüsum tutulmaması qaydasının ləğvi təklif edilir.
 
Vacib məqam: Söhbət hələ qanun layihəsindən gedir. Təklif qəbul ediləcəyi təqdirdə köhnə sənədlərlə əmlakını rəsmiləşdirmək istəyən vətəndaşlar əlavə dövlət rüsumu ödəməli ola bilərlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05