BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Hesablama Palatası 2027-ci il büdcəsinə rəy verdi

 Hesablama Palatası 2027-ci il büdcəsinə rəy verdi

1business.media xəbər verir ki, Hesablama Palatası “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəy verib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında dövlət büdcəsi layihəsinə hazırlanmış rəy müzakirə olunub.

Rəydə dövlət büdcəsi haqqında qanun layihəsinin və təqdim edilmiş aidiyyəti sənədlərin qanunvericiliyə uyğunluğu, büdcə gəlirləri və xərcləri, eləcə də büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı qiymətləndirilib.

İclasda rəydə əks olunan əsas nəticələr və tövsiyələr nəzərdən keçirilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda Hesablama Palatasının rəyinin təsdiqlənərək Milli Məclisə təqdim edilməsi barədə qərar qəbul olunub.

Kollegiya iclasında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə Hesablama Palatasının rəyi də müzakirə edilib və həmin sənədin də təsdiqlənərək Milli Məclisə göndərilməsi qərara alınıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05