BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Maaş alanlar bankını dəyişə biləcək – Rəqabət artacaq

 Maaş alanlar bankını dəyişə biləcək – Rəqabət artacaq

1business.media xəbər verir ki, gələn il aprelin 1-dən vətəndaşlar əməkhaqqı hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə məlumat verib.

Ekspert Əkrəm Həsənovun sözlərinə görə, dəyişiklik “mygov” platforması üzərindən həyata keçiriləcək. Vətəndaş istənilən vaxt maaş aldığı bankı dəyişə biləcək. Bunun üçün seçdiyi bankdakı hesab rekvizitlərini işəgötürənə təqdim etməsi kifayət edəcək və əməkhaqqı həmin hesaba köçürüləcək.

Ekspert hesab edir ki, bu imkan vətəndaşlara bank xidmətlərinin keyfiyyətini müqayisə etmək və daha sərfəli şərtlər təklif edən bankı seçmək imkanı verəcək.

Yeni mexanizmin banklar arasında müştəri uğrunda rəqabəti artıracağı, bankların isə müştəriləri cəlb etmək üçün daha əlverişli təkliflər hazırlayacağı gözlənilir.

Növbəti mərhələdə pensiyaçılara da təqaüd aldıqları bankı seçmək imkanının verilməsi nəzərdə tutulur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05