Mastercard və Visa tarifləri azaldılacaq
1business.media xəbər verir ki, Azərbaycanda “Mastercard” və “Visa” tariflərinin ilin sonuna qədər azaldılması gözlənilir.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, qurum hər iki ödəniş sistemi ilə tariflərin aşağı salınması ilə bağlı danışıqlar aparır.
Onun sözlərinə görə, son illərdə “Mastercard” və “Visa” tariflərini əhəmiyyətli dərəcədə artırıb. Bu isə bankların məhsul və xidmətlərinin xərclərinə təsir göstərib.
Taleh Kazımov qeyd edib ki, tariflərin yüksəlməsi bankların xərclərinin artmasının əsas səbəblərindən biri olub və banklar da öz xidmətlərinin qiymətlərini artırmağa məcbur qalıblar.
AMB sədri ilin sonuna qədər tariflərin azaldılması istiqamətində müəyyən irəliləyişin əldə olunacağını gözlədiyini bildirib.
