BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Mərkəzi Bank 2027-ci il üzrə inflyasiya proqnozunu artırdı

 Mərkəzi Bank 2027-ci il üzrə inflyasiya proqnozunu artırdı

1business.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı 2027-ci il üzrə illik inflyasiya proqnozunu yüksəldib.

AMB-nin yenilənmiş proqnozuna əsasən, 2027-ci ilin sonunda illik inflyasiyanın 5,9 faiz təşkil edəcəyi gözlənilir. Əvvəlki proqnozda bu göstərici 5,8 faiz müəyyən edilmişdi. Beləliklə, gələn il üzrə inflyasiya gözləntisi 0,1 faiz bəndi artırılıb.

2026-cı il üzrə proqnoz isə 6,1 faizdən 5,9 faizə endirilib. Mərkəzi Bank bildirir ki, baza ssenarisində dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalacağı nəzərdə tutulur.

Qurumun məlumatına görə, 2026-cı ilin sentyabrında illik inflyasiya 5,5 faiz təşkil edib. Bu göstərici Mərkəzi Bankın 4±2 faiz həcmində müəyyən etdiyi hədəf diapazonunun daxilindədir.

Mərkəzi Bank inflyasiya üçün əsas risklərin qlobal mühitlə bağlı olduğunu bildirir. Enerji və ərzaq qiymətlərinin artması, eləcə də əsas ticarət tərəfdaşlarında bahalaşmanın daxili bazara ötürülməsi qiymətlərə təzyiq yarada bilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05