BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Sığortaçılar (ASA)

Sığorta şirkətlərinin kapital hesablanması dəyişəcək

 Sığorta şirkətlərinin kapital hesablanması dəyişəcək

1business.media xəbər verir ki, Azərbaycanda sığorta şirkətlərinin kapitalının hesablanması qaydası dəyişəcək. Dəyişiklik sığorta sektorunda “Solvency II” tələblərinin yaxın aylarda tətbiqi ilə bağlıdır.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, hazırda sektorda “Solvency I” yanaşmasından istifadə olunur. “Solvency II”yə keçid çərçivəsində isə kapitalın hesablanması qaydası dəyişəcək.

AMB sədrinin sözlərinə görə, yeni tələblərin tətbiqi ilə bağlı aparılan simulyasiyalar sığorta şirkətlərində kapital çatışmazlığının yaranacağını göstərmir. O, bunu sektorun kifayət qədər yüksək kapitala malik olması ilə əlaqələndirib.

Taleh Kazımov yeni yanaşmanın mahiyyəti və mövcud tələblərdən fərqləri barədə media nümayəndələri üçün maarifləndirmə tədbirinin keçiriləcəyini də bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05