ABŞ-da işləmək üçün ən yaxşı banklar açıqlandı – RENKİNQABŞ-də əməkdaşlar üçün ən yaxşı iş şəraiti yaradan 100 bankın siyahısı açıqlanıb. Reytinq işçilərin məmnunluğu, əməkhaqqı, sosial təminat, karyera imkanları və iş mühitinin qiymətləndirilməsi əsasında hazırlanıb.
1business.media xəbər verir ki, 2026-cı il üzrə siyahı “American Banker” nəşri və “Best Companies Group” təşkilatının birgə araşdırması əsasında tərtib edilib.
Araşdırmaya əsasən, siyahıya daxil edilən bankların əməkdaşlarının orta hesabla 94 faizi çalışdıqları müəssisədən çox razı olduqlarını bildirib. Reytinq hazırlanarkən işçilərin sorğularına 75 faiz, bankların əmək siyasəti və sosial təminat imkanlarına isə 25 faiz çəki verilib.
2026-cı il üzrə ilk 10 bank:
1. Montecito Bank & Trust – Kaliforniya
2. Cypress Bank & Trust – Florida
3. Paragon Bank – Tennessi
4. Story Financial Partners – Missisipi
5. TIB – Texas
6. Centier Bank – İndiana
7. Oakworth Capital Bank – Alabama
8. Origin Bank – Luiziana
9. NebraskaLand Bank – Nebraska
10. American Riviera Bank – Kaliforniya
Mənbə: American Banker, 2026-cı il reytinqi.
Reytinqdə birinci yeri tutan Montecito Bank & Trust əməkdaşlarına məsafədən işləmək imkanı və illik bonuslar təqdim edir.
İkinci yerdəki Cypress Bank & Trust isə işçilərin peşəkar inkişafı, təlimlər, sertifikat proqramları və mentorluq imkanlarına üstünlük verir
