BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Eden Agro” tələbələrə karyera imkanları barədə məlumat verib

 Eden Agro” tələbələrə karyera imkanları barədə məlumat verib

1business.media xəbər verir ki, “Eden Agro” MMC Gəncə şəhərində “Gələcəyin karyerası” mövzusunda keçirilən regional tədbirdə iştirak edib.

Gəncə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Azərbaycan Dövlət Aqrar Universiteti, Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir çərçivəsində keçirilən “İlk işə doğru: karyera imkanları və əmək bazarının tələbləri” adlı panel sessiyasında “Eden Agro” MMC-nin departament müdiri Anar Qədirov çıxış edib.

O, tələbələrlə müasir əmək bazarının tələbləri, mövcud karyera imkanları və işə qəbul prosesi barədə fikirlərini bölüşüb, gənclərə peşəkar fəaliyyətə başlamaqla bağlı tövsiyələr verib

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05