BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Bakıda beynəlxalq Liderlik və İnnovasiya Mərkəzi açılıb

 Bakıda beynəlxalq Liderlik və İnnovasiya Mərkəzi açılıb

1business.media xəbər verir ki, İspaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Bakıda fəaliyyətə başlayıb.

Mərkəz PASHA Holding və SOCAR-ın strateji tərəfdaşlığı ilə yaradılıb. Layihəyə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi institusional dəstək göstərir.

ADA Universitetində fəaliyyət göstərəcək mərkəzin əsas məqsədi biznes və təhsil arasında əməkdaşlığı gücləndirmək, insan kapitalının inkişafına dəstək vermək, yeni bilik və ideyaların tətbiqini təşviq etməkdir.

Mərkəzin ilkin fəaliyyəti Azərbaycana yönəlsə də, gələcəkdə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi də nəzərdə tutulur.

Açılış mərasimində çıxış edən PASHA Holding-in baş icraçı direktoru Cəlal Qasımov insan kapitalının inkişafının, bilik və təcrübə mübadiləsinin uzunmüddətli iqtisadi artım və rəqabətqabiliyyətlilik baxımından əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli isə tərəfdaşlığın beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, təhsil və biznes əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını bildirib.

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva mərkəzin əsas diqqətinin insanlara, onların bilik və bacarıqlarının inkişafına yönəldiyini qeyd edib. 

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05