BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

PAŞA Holding 20 yaşında: 6 ölkə, 25 mindən çox əməkdaş

1business.media xəbər verir ki, PAŞA Holding fəaliyyətinin 20 illiyini qeyd edib. Holdinqin məlumatına görə, 2006-cı ildə yaradılan qrup hazırda ABŞ daxil olmaqla altı ölkədə fəaliyyət göstərir və 25 mindən çox əməkdaşı birləşdirir.

Qrup maliyyə xidmətləri və texnologiya, daşınmaz əmlak, kənd təsərrüfatı, pərakəndə ticarət, əyləncə və digər sahələrdə təmsil olunur.
 
Baş icraçı direktor Cəlal Qasımov yubileylə bağlı fikirlərində uğurun yalnız maliyyə nəticələri ilə ölçülmədiyini vurğulayıb. O, uzunmüddətli dəyər yaradan bizneslərin qurulmasını, insanların etimadının qazanılmasını və iqtisadi inkişafa töhfəni əsas prioritetlər sırasında göstərib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05