BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Manşet / Biznes / İnvestisiya

Azərbaycanda İqtisadi Observatoriya yaradılır — nəyi araşdıracaq?

1business.media xəbər verir ki, İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb.

Sənədi iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və universitetin icraçı prezidenti Santyaqo İniqes Onsono imzalayıblar.

Observatoriya iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətlərində birgə araşdırmalar aparacaq. İqtisadi inkişaf meyillərinin və gələcək artıma təsir edən amillərin öyrənilməsi, beynəlxalq müqayisələrin hazırlanması planlaşdırılır.

Əməkdaşlıq dövlət, biznes və akademik dairələr arasında dialoqu da genişləndirməyi nəzərdə tutur. Tədqiqat mövzuları Azərbaycanın iqtisadi prioritetləri və universitetin təcrübəsi əsasında birgə müəyyənləşdiriləcək. 

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05