BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Azərbaycan şirkəti Tbilisidə 5 ulduzlu hotel açdı

 Azərbaycan şirkəti Tbilisidə 5 ulduzlu hotel açdı

1business.media xəbər verir ki, Azərbaycanın PASHA Real Estate Group şirkəti Tbilisinin mərkəzində Kür çayının sahilində 5 ulduzlu “ART Riverfront Hotel Tbilisi” kompleksini istifadəyə verib.

Oktyabrın 30-da keçirilən açılış mərasimində Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze iştirak ediblər.

Müasir memarlıq üslubunda inşa olunan kompleks 1 hektar ərazini əhatə edir. Buraya hotel binası və ofis sahələri daxildir.

Hoteldə müxtəlif kateqoriyalara aid 152 otaq, eləcə də 4 iclas zalı fəaliyyət göstərir. Kompleksdə müxtəlif konsepsiyalı restoranlar və müasir xidmət infrastrukturu da yaradılıb.

Məlumata görə, layihəyə 68 milyon ABŞ dolları investisiya qoyulub. “ART Riverfront Hotel Tbilisi” PASHA Real Estate Group-un Gürcüstandakı daşınmaz əmlak layihəsidir.

Şirkət Azərbaycan və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələri həyata keçirir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05