BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Market-Bazar

Bazarlarda meyvə-tərəvəz bahalaşıb – Qiymətlər daha da arta bilər

 Bazarlarda meyvə-tərəvəz bahalaşıb – Qiymətlər daha da arta bilər

1business.media xəbər verir ki, Bakıda meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma bölgələrdə də müşahidə olunur. Satıcılar məhsulların bu il ötən illə müqayisədə daha baha alındığını bildirirlər.

Mövsümi məhsulların bazarlarda bol olmasına baxmayaraq, qiymətlər yüksək olaraq qalır. Satıcıların sözlərinə görə, bahalaşma kiloqram üzrə minimum 50 qəpikdən çoxdur. Onlar qiymət artımının davam edə biləcəyini deyirlər.

Alıcılar ən çox meyvələrin bahalaşdığını qeyd edirlər.

İstehsalçılar isə qiymət fərqini daşınma və digər xərclərlə əlaqələndirirlər. Onların sözlərinə görə, məhsulların paytaxt bazarlarında rayonlardakı qiymətdən baha satılmasının əsas səbəblərindən biri əlavə xərclərin məhsulun qiymətinə daxil edilməsidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05