Artıq ödənilmiş vergilərin qaytarılması qaydası dəyişdi
1business.media xəbər verir ki, Nazirlər Kabineti artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması qaydalarında dəyişiklik edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, büdcəyə daxilolmaları təmin edən orqanlar artıq və ya rekvizitlərin səhv göstərilməsi, eləcə də ödəniş əməliyyatlarının düzgün icra olunmaması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə nəzarət tədbirləri həyata keçirərkən aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsini də nəzərə alacaqlar.
Bu hissə Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanan aksiz vergisinə aiddir.
