BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda dayanıqlılıq hesabatlılığı müzakirə olunub

 Azərbaycanda dayanıqlılıq hesabatlılığı müzakirə olunub

1business.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Dayanıqlı maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə “Azərbaycanda dayanıqlılıq üzrə hesabatlılıq: cari vəziyyətin dəyərləndirilməsi və hazırlığın gücləndirilməsi” mövzusunda keçirilən müzakirə panelində çıxış edib.

Tədbir Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatasının (BCCA) Dayanıqlılıq və Enerji Komitəsi ilə Beynəlxalq Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) birgə təşkilatçılığı ilə baş tutub.

Əli Əhmədzadə çıxışında maliyyə sektorunun dayanıqlılıq məlumatlarının təşviqində rolundan, bank sektorunda yaranan tələbin korporativ şirkətlərin hesabatlılığına təsirindən danışıb.

O, Mərkəzi Bankın dayanıqlılıq məlumatlarının açıqlanması və hesabatlılığın inkişafı istiqamətində gördüyü işləri də diqqətə çatdırıb.

Paneldə dövlət sektoru, biznes nümayəndələri və peşəkar qurumların iştirakı ilə şirkətlərin üzləşdiyi çətinliklər və gələcək inkişaf imkanları müzakirə olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05