BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Restorana gedərkən hansı bank kartından istifadə etmək sərfəlidir? – Kəşbək siyahısı açıqlandı

 Restorana gedərkən hansı bank kartından istifadə etmək sərfəlidir? – Kəşbək siyahısı açıqlandı
Azərbaycanda restoran və kafelərdə bank kartı ilə ödəniş edən müştərilər xərclədikləri pulun bir hissəsini geri ala bilərlər. Noyabr ayı üzrə bankların təqdim etdiyi kəşbək imkanları açıqlanıb.
 
1business.media xəbər verir ki, restoranlarda ən yüksək kəşbək təklif edən bank Azər-Türk Bankdır. Bankın ATB Card kartı ilə restorandan asılı olaraq 3-10 faizədək kəşbək qazanmaq mümkündür. Aylıq maksimum limit 200 manatdır. 
 
 
Banklar üzrə kəşbək faizləri
 
Noyabr 2026-cı il üçün təqdim olunan şərtlər belədir:
Bank Kart Kəşbək
Azər-Türk Bank ATB Card 3-10%
Bank Respublika Neo Standart 3,5%
AccessBank MyCard White/Black 3%
Bank of Baku Bolkart Kredit 3%
Yelo Bank Yelo Card 1,5-3%
Unibank UCard 2-4%
Xalq Bank XalqKart Cashback 2%
Rabitəbank Kartmane Kredit 2%
AFB Bank Mono Premium 1,5%
 
ABB kartlarında isə seçilmiş restoran və kateqoriyalardan asılı olaraq 1-5 faizədək kəşbək əldə etmək mümkündür. 
 
 
Aylıq kəşbək limitləri nə qədərdir?
- Azər-Türk Bank – 200 manat
- AccessBank – 100 manat
- Yelo Bank – 15-50 manat
- Xalq Bank – 30 manat
- Bank Respublika – 15-25 manat
- ABB – 30 manat
- Unibank – 20 manat
Kəşbək faizləri kartın növünə, seçilmiş kateqoriyaya və bankın müəyyən etdiyi şərtlərə görə dəyişə bilər.
 
Restoranda ödəniş etməzdən əvvəl kartınızın aktiv kəşbək şərtlərini yoxlamaq vacibdir
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05