BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

EIB Bank Respublika və AccessBank sövdələşməsindən əldə etdiyi kompensasiyanı açıqladı

EIB Bank Respublika və AccessBank sövdələşməsindən əldə etdiyi kompensasiyanı açıqladı
Avropa İnvestisiya Bankı (EIB) “AccessBank”ın “Bank Respublika” tərəfindən alınmasından sonra əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb.
 
1business.media xəbər verir ki, EIB “AccessBank”dakı adi səhmlərini sataraq əvəzində pul kompensasiyası və “Bank Respublika”nın imtiyazlı səhmlərini əldə edib.
 
Bankdan bildirilib ki, bu səhmlərin əldə edilməsi yeni strateji investisiya deyil, tərəflər arasında razılaşdırılmış sövdələşmənin bir hissəsidir.
 
 EIB 2014-cü ildən “AccessBank”ı maliyyələşdirir. 2018-ci ildə bank ciddi maliyyə çətinlikləri ilə üzləşdikdə Avropa İnvestisiya Bankı digər beynəlxalq maliyyə qurumları ilə birlikdə restrukturizasiya prosesində iştirak edib. Həmin vaxt borcun bir hissəsi səhmdar kapitalına çevrilib.
 
Məlumata görə, EIB-in “AccessBank”da payı 17,39 faiz təşkil edib.
 
Sövdələşmənin əsas şərtləri belədir:
- “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizini əldə edib.
- “AccessBank”ın əvvəlki səhmdarları “Bank Respublika”nın yeni buraxılmış imtiyazlı səhmlərinə sahib olublar.
- Həmin səhmlər “Bank Respublika”nın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edir.
- EIB pul kompensasiyası ilə yanaşı, “Bank Respublika”nın imtiyazlı səhmlərini də əldə edib.
Avropa İnvestisiya Bankı hesab edir ki, iki bankın birləşməsi Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi imkanlarını genişləndirəcək.
 
EIB-in əldə etdiyi pul kompensasiyasının konkret məbləği açıqlanmayıb
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05