BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

“Bir Kredit”in “Birmarket”də payı azalıb

 “Bir Kredit”in “Birmarket”də payı azalıb

1business.media xəbər verir ki, “Bir Kredit” BOKT MMC-nin “Birmarket” elektron ticarət platformasını idarə edən “Competo” MMC-də iştirak payı 2026-cı ilin ilk yarısının sonunda 53,55%-ə düşüb.

“Kapital Bank”ın 2025-ci il üzrə audit edilmiş maliyyə hesabatında “Bir Kredit”in “Competo”dakı payı 54,09% göstərilib. Beləliklə, altı ay ərzində pay 0,54 faiz bəndi azalıb.

Payın azalması “Competo”nun nizamnamə kapitalının artırılması ilə eyni dövrə təsadüf edib. İyunun 23-də şirkətin nizamnamə kapitalı 178,38 milyon manatdan 180,38 milyon manata yüksəldilib.

Hesablamalara görə, “Bir Kredit”in əvvəlki 96,5 milyon manatlıq iştirak məbləği dəyişməsəydi, kapital artımından sonra onun payı təxminən 53,49% olacaqdı. Faktiki payın 53,55% olması BOKT-un kapital artımında müəyyən həcmdə iştirak etdiyini göstərir.

2025-ci ildə “Bir Kredit” “Competo”ya 10,5 milyon manat, “PashaPay” MMC isə 45,85 milyon manat investisiya edib. Nəticədə “Bir Kredit”in şirkətdəki payı 2024-cü ilin sonunda 70,47%-dən 2025-ci ilin sonunda 54,09%-ə enib. “PashaPay” isə 25,70% pay əldə edib.

Beləliklə, “Kapital Bank”ın iki törəmə müəssisəsi vasitəsilə “Competo”dakı ümumi iştirak payı 79,79%-ə çatıb.

2026-cı ilin iyulunda “Competo”nun nizamnamə kapitalı daha 4,5 milyon manat artırılaraq 184,88 milyon manata çatdırılıb. Bu artımdan sonra iştirak paylarının bölgüsü hələ açıqlanmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05