Azərbaycanda şirkət səhmlərini dövriyyədən çıxarır – Təşkilati forma dəyişir
Azərbaycanda fəaliyyət göstərən “SYNTAX” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilir.
1business.media xəbər verir ki, şirkətin yenidən təşkili ilə əlaqədar dövriyyədə olan səhmlərinin ləğv edilməsi nəzərdə tutulur.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 ədəd adi, adlı və sənədsiz səhm dövriyyədən çıxarılacaq. Səhmlərin ümumi nominal dəyəri 2 000 manat təşkil edir.
Qeyd edək ki, “SYNTAX” şirkəti Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərir. Müəssisə informasiya texnologiyaları sahəsində xidmətlər və həllər təqdim edir.
Beləliklə, təşkilati-hüquqi formanın dəyişdirilməsi ilə əlaqədar şirkət səhmdar cəmiyyətindən MMC-yə çevriləcək.
