BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Borcu olan binalara istilik verilməyəcək – “Azəristiliktəchizat”dan XƏBƏRDARLIQ

 Borcu olan binalara istilik verilməyəcək – “Azəristiliktəchizat”dan XƏBƏRDARLIQ
Azərbaycanda istilik xidmətlərinə görə ödəniş etməyən binaların istilik təchizatı dayandırıla bilər. “Azəristiliktəchizat” ASC abonentləri yaranmış borcları ödəməyə çağırıb.
 
1business.media xəbər verir ki, qurumun məlumatına görə, 2026-2027-ci illərin istilik mövsümündə ölkə üzrə təxminən 178 min mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur. 
 
 
Bəzi ərazilərdə istilik xidmətlərinə görə ödəniş səviyyəsinin aşağı olması ciddi problem yaradıb. Qurumun açıqladığı rəqəmlər belədir:
- Ağcabədi: 121,3 min manatlıq xidmətin 17,5 faizi ödənilib.
- Tərtər: 255,2 min manatlıq xidmətin 24,6 faizi ödənilib.
- Bərdə: 319,6 min manatlıq xidmətin 29,5 faizi ödənilib.
- Goranboy: 93,4 min manatlıq xidmətin 46 faizi ödənilib.
- Ramana qəsəbəsi: 63,5 min manatlıq xidmətin 33,4 faizi ödənilib.
- Sumqayıt: 173,7 min manatlıq xidmətin 41,6 faizi ödənilib.
Qurum bildirir ki, ödənişlərin aşağı olması qazanxanaların və binadaxili istilik sistemlərinin təmiri, texniki sazlanması üçün maliyyə çətinlikləri yaradır.
 
“Azəristiliktəchizat” xəbərdarlıq edib ki, borclar ödənilmədiyi təqdirdə müvafiq qazanxanaların fəaliyyəti dayandırıla bilər. Bu isə həmin qazanxanalardan istilik alan binaların təchizatına təsir göstərəcək. 
 
 
Qeyd edək ki, qurum abonentləri həm əvvəlki borcları, həm də cari xidmət haqlarını vaxtında ödəməyə çağırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05